ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Rusiya üzrə xüsusi bölməni yaratmağı planlaşdırır.
Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, bu haqda “Financial Times” nəşri bildirib.
Xüsusi bölmə ABŞ-da ötən il keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi haqqında araşdırmanın koordinasiyası ilə məşğul olacaq,
Bölməyə bütün ölkədən çağırılmış 20 agent daxil ediləcək.
Nəşrin məlumatına görə, FTB-nin müstəntiqləri həmçinin cinayət işinin qaldırılması imkanını qiymətləndirəcəklər. Ancaq çoxları hesab edirlər ki, Rusiyanın seçkilərə müdaxiləsi haqqında sübutlar əldə etmək çətin olduğundan belə bir perspektiv mümkünsüz görünür.
Qeyd edək ki, Amerika xüsusi xidmət orqanları Moskvanı ABŞ-dakı seçkilərə müdaxilə cəhdində itiiham edirlər. Moskva isə ittihamları rədd edir.