FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb
01.12.2016 695 0
ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsinə dəyişiklikləri təsdiq edib.
"Reuters"ə istinadən xəbər verilir ki, bununla da Federal Təhqiqat Bürosu (FTB) kompüter və telefonları sındıraraq onlara giriş icazəsi alıb.
İndi xüsusi xidmət orqanının əməkdaşları ABŞ-ın istənilən məhkəməsindən formal icazə aldıqdan sonra yalnız ABŞ-da yox, həm də ölkə xaricində cihazlara giriş imkanı əldə edəcəklər. Bundan əvvəl FTB əməkdaşları yalnız şübhəli şəxsin ərazi baxımından bağlı olduğu məhkəmədən xüsusi icazə aldıqdan sonra cihazları "sındıra" bilirdi./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər