ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəsi olmayıb.
TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) Las-Veqas üzrə nümayəndəsi Aaron Rauz bəyan edib.
“Hazırda Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəli olduğu təsdiqini tapmayıb. Araşdırma davam edir”, deyə A.Rauz bildirib.
İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.
Qeyd edək ki, bu gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 515-i nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib./apa/