Fransalı yeni həmsədr Ermənistan prezidenti ilə görüşüb
15.12.2016 714 0
ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskonti Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.
Ermənistan KİV-inə istinadən xəbər verilir ki, bu haqda məlumatı ölkə prezidentinin mətbuat xidməti yayıb.
S.Sarqsyan həmsədrlə söhbətində deyib ki, Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq, dinc yolla və beynəlxalq hüquq normaları və prinsiplərinə əsasən həll edilməlidir.
S.Viskonti bildirib ki, münaqişənin həllinin çətinliklərini, vacibliyini, bölgənin rifahı və sabitliyi üçün əhəmiyyətini dərk edir. Ona görə də problemin həlli üçün əlindən gələni edəcək./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər