Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Fransalı Valerian Soveplan kişilər arasında 3 vəziyyətdə 50 metrdən tüfəng ilə atəş yarışında ilk atıcılıq çıxışları ilə, Bakı 2015 ilk Avropa Oyunlarının qızılını və Rio 2016 Olimpiya Oyunlarının kvota yerini qazanıb.
O, xorvatiyalı gümüş medalçı Petar Qorsa üzərində 2,2 xal üstünlüyünə malik olub.
İdmançı Qorsanın qazandığı gümüş medal, Xorvatiyanın ilk Avropa Oyunlarında atıcılıq üzrə ilk medalıdır. Ölkəsini bu qalibiyyəti ilə şərəfləndirən idmançı, sevincini belə bölüşüb:
Davam edən kişilər arasında 50 metrdən tüfəng ilə atəş yarışlarında belarus Vİtali Bubnoviç, dünyanın iki nömrəli oyunçusu rus Sergey Kamenski ilə qarşılaşması bitdikdən sonra, finalda üçüncü yer üzrə mübarizədə bürünc medal əldə edib. Qeyd edək ki, bundan əvvəl o, 10 metr məsafəyə hava tüfəngi ilə atəş yarışında qızıl medala layiq görülüb.
Olimpiya çempionu və Bakı 2015-in elçisi italiyalı Nikkolo Kampriani, oyun zalında güclü küləyin öhdəsindən gələ bilməməsini əsas gətirərək, finala çıxa bilməyib. Ayaqüstü vəziyyətdə səkkiz atəş açaraq, yeddisini hədəfə çatdıra bilən Kampriani, qızıl medalı qaçırması barədə belə deyib:
Birinci Avropa Oyunlarında çərşənbə axşamı baş tutmuş 10 metrdən atəş yarışında gümüş medal qazanan Kamprianinin, bazar ertəsi keçiriləcək qarşılaşmalarda qızıl medal əldə etmək şansı var.