Fransada yeni hökumət formalaşdırılıb
22.06.2017 569 0
İyunun 18-də baş tutan parlament seçkilərinin yekunu üzrə edilən dəyişikliklərdən sonra Fransa hökuməti yeni tərkibdə formalaşdırılıb.
TASS-a istinadən xəbər verilir ki, nazirlərin siyahısını çərşənbə günü Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.
Əvvəlcə Nazirlər Kabinetinin istefası texniki xarakter daşıyıb, lakin bir sıra siyasi qalmaqallar üzündən dərhal dörd nazir hökumətin sıralarından getmək məcburiyyətində qalıb və onları digər siyasətçilər əvəzləyib. Xüsusilə, Silahlı Qüvvələr Nazirliyinin rəhbəri Silvi Quların əvəzinə Florans Parli təyin olunub, mərkəzçilərin lideri Fransua Bayrunu isə ədliyyə naziri vəzifəsində Bellube Nikol əvəzləyib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər