Fransada təhlükəsizlik tədbirləri gücləndirilib
12.07.2017 770 0.0 0

Fransanın təhlükəsizlik qüvvələri Bastiliya qalasının alınması münasibətilə keçiriləcək hərbi paradla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Məlumata görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbi parad iyulun 14-də, Parisdə, Yelisey düzündə keçiriləcək. Bayram tədbirində ABŞ prezidenti Donald Tramp və Fransanın dövlət başçısı Emmanuel Makron iştirak edəcək.

Parisin polis rəisi Mişel Delpuex bildirib ki, bayram tədbirlərində asayişi 11 min polis və jandarm əməkdaşı qoruyacaq. Onun sözlərinə görə, bütün təhlükəsizlik qüvvələri iyulun 14-də paytaxtda növbə çəkəcəklər.

Delpuex qeyd edib ki, təhlükəsizlik tədbirləri "ölkədəki terrorçuluq təhlükəsi ilə əlaqədar" gücləndirilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar