FRANSADA SƏFƏRBƏRLİK ELAN EDİLDİ
09.01.2015 963 0
Fransa hökuməti hərbçi və polislərin səfərbər edilməsi barədə qərar qəbul edib.
Məlumata görə, hökumət hüquq-mühafizə orqanlarının 88 min əməkdaşını terrorçuların tutulması və ölkədə təkülkəsizliyin təmin edilməsi üçün səfərbər edib.
Bu barədə Fransa daxili işlər naziri Bernar Kanyov açıqlama verib.
Nazirin sözlərinə görə, “Charlie Nebdo” satirik jurnalının redaksiyası, məktəblər, vağzallar, hava limanları və turstik ərazilərdə hərbçi və polislər yerləşdirilib.
Bernar Kanyov bildirib ki, hazırda Parisdə baş vermiş məlum terror aktı ilə əlaqədar 9 nəfər saxlanılıb.
Qeyd edək ki, dekabrın 7-də 3 nəfər “Charlie Nebdo” satirik jurnalının redaksiyasına silahlı hücum etmişdi. Nəticədə 12 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdı.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər