Fransada növbəti terror aktına cəhd olub
23.12.2015 561 0
Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi asayiş keşikçilərinə qarşı törədilməsi planlaşdırılan növbəti terror aktının qarşısını alıb. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Fransa DİN rəhbəri Bernar Kaznev bildirib.
Nazirin sözlərinə görə, istintaq çərçivəsində Orleanda iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin hazırda Suriyada olan digər Fransa vətəndaşı ilə əlaqədə olduqları müəyyən edilib.
Nazir əlavə edib ki, son iki ildə Fransa xüsusi xidmət orqanları 10 terror aktının qarşısı alınıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər