Fransada kəskin soyuqlar - 3 nəfər ölüb
27.02.2018 881 0
Fransada davam edən anomal soyuqlar nəticəsində 3 nəfər həlak olub.
Məlumata görə, təbiət hadisəsinin qurbanları evsizlər olub.
Kəskin soyuqlar Fransanın bütün ərazisində hökm sürür. Ölkənin şimal və şərq regionlarında mənfi 10 dərəcə, cənub-qərbdə isə mənfi 7 dərəcə şaxta qeydə alınıb.
Proqnozlara əsasən ən soyuq günlər bu gün və sabah qeydə alınacaq. Kəskin hava şəraitinin gələn həftənin əvvəlinədək davam edəcəyi bildirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər