Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirilib
07.10.2017 777 0
Fransada “Qrini YS” futbol klubunun 28 yaşlı oyunçusu Muddi Silla və onun qardaşı 26 yaşlı Samba aldıqları güllə yarasından yerli xəstəxanada ölüblər.
“Report” “Actualites”ə istinadən xəbər verir ki, qardaşlar oktyabrın 5-də güllələniblər. Onlar xəstəxanaya yerləşdiriliblər və orada ölüblər.
Məlumata görə, Muddi Sillanın ölümü ilə əlaqədar “Qrini” komandasının iştirakı ilə keçirilən Fransa Kuboku uğrunda 5-ci mərhələnin iki oyunun tarixi dəyişdirilib . Oyunun tarixi barədə məlumatın veriləcəyi bildirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər