Fransada azərbaycanlıların həlak olub-olmasına aydınlıq gətirildi
14.11.2015 570 0.0 0

İlkin məlumata görə Fransada baş verən hadisələrlə bağlı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu açıqlamasında Azərbaycanın Fransdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Nigar Hüseynova bildirdi.

Onun sözlərinə əsasən, Səfirlik baş vermiş hadisələrlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirilib və qaynar xətt yaradıb: 

"Bildiyiniz kimi, hadisə gecə radələrində törədilib. Biz də bununla bağlı dərhal qaynar xətt yaratmışıq. İndi bütün gücümüzü baş vermiş bu terror hadisələrində azərbaycanlının olub-olmadığını araşdırmağa səfərbər eləmişik. Səfirlik olaraq, zərərçəkənlərə, xüsusən də, əgər bunlar Azərbaycan vətəndaşı olarsa, bacardığımız köməkliyi göstərməyə hazırırq", - deyə qurum rəsmisi əlavə etdi.

 

Fransanın paytaxtı Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari teraktlar paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi teraktların, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub. 

Ən qanlı hadisə “Batalcan” incəsənət mərkəzində baş verib. Terorçular ətrafda olan bir neçə nəfəri qətlə yetirdikdən sonra konsert zalına daxil olub və xeyli sayda insanı girov götürüb. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı əməliyyat keçirilib, reyddən xəbər tutan intiharçı-terrorçular üzərlərində olan partlayıcı kəməri işə salaraq, 2 güclü partlayış törədib. Nəticədə azı 100 nəfərin həlak olduğu bildirilir. Xüsusi təyinatlılar 2 terrorçunu zərərsizləşdirib. 

Baş vermiş hadisələrlə əlaqədar olaraq, Fransa höküməti ölkədə 3 günlük matəm elan edib.

 


Fransada törədilmiş terror aktlarından sonra zərər çəkənlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar