Fransada arvadını döyən kişilər elektron qolbaq taxacaq
19.12.2019 520 0.0 0

Fransada qadına əl qaldıran kişilərə elektron qolbağın taxılması haqqında qanun qəbul edilib.

Bildirək ki, bu qanuna əsasən elektron qolbaqlar kişilərə məhkəmə qərarı olmamışdan belə, yəni qadının şikayəti əsasında polislər tərəfindən taxıla bilər. Beləliklə, elektron qolbaq siqnal verməklə kişinin qadına yaxınlaşmasının qarşısını alacaq.

İlk 1000 qolbaq ölkəyə 5-6 milyon avroya başa gələcək.

Hökumət bu qanunla ölkədə həyat yoldaşları və keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilən qadınların sayının azalacağına ümid edir.

2018-ci ildə Fransada indiki və keçmiş həyat yoldaşları tərəfindən 149 qadın öldürülüb. Bu il isə eyni səbəbdən 122 qadın həyatını itirib.

Qeyd edək ki, İspaniyada buna bənzər qanun qəbul edildikdən sonra məişət zorakılığı nəticəsində həyatını dəyişən qadınların sayı azalıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar