Fransa xarici işlər naziri istefası xəbərini təsdiqləyib
10.02.2016 484 0
Fransa xarici işlər naziri Loran Fabius istefası ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Fransua Olland L. Fabiusun ölkənin Konstitusiya Şurasının rəhbəri təyin etmək niyyətində olduğunu bildirib.
“Prezident Loran Fabiusun Konstitusiya Şurasının rəhbəri təyin etmək niyyətindədir”, -deyə Yelisey sarayının yaydığı məlumatda deyilir.
Artıq F. Olland müvafiq təklifi Fransa Senatı və Milli Məclisinin rəhbərliyinə təqdim edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər