Fransa prezidentinə sui-qəsd planlaşdıran şəxs həbs edilib
03.07.2017 684 0.0 0

Fransa prezidenti Emmanuel Makrona qarşı fərdi olaraq terror planlaşdıran şəxsə ittiham irəli sürülüb və o, həbs edilib.

 

Məlumata görə, bu barədə BFM TV telekanalı xəbər yayıb.

 

Telekanalın xəbərinə əsasən günahlandırılan 23 yaşlı şəxs işsizdir, Parisdə Arjantey kommunasında yaşayır, ultrasağ ideologiyanın daşıyıcısıdır. O, oyun saytlarının birində yazıb ki, iyulun 14-də Yelisey sarayında Bastiliya qalasının alınması münasibətilə keçiriləcək milli parad zamanı hücum etmək üçün avtomat almaq istəyir. Həmin şəxs iyulun 1-də həbs edilən zaman polisi mətbəx bıçağı ilə hədələyib. Onun 2016-cı ildə terrorizmə bəraət qazandırdığı üçün mühakimə edildiyi də məlum olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar