Fransa polisi noyabrın 13-də “Bataclan” teatrında terror aktı nəticəsində itmiş 17 yaşlı Lola Uzunyanın axtarışlarını davam etdirir.
Məlumata görə, hələ ki, erməni qızın axtarışları heç bir səmərə vermir.
"Lola Uzunyan terror aktı zamanı "Bataclan" teatrında idi. Bundan sonra ondan heç bir xəbər yoxdu. Ölüsü və dirisindən heç bir məlumat yoxdur. Artıq üç gündür ki, onu axtarırıq", - deyə qızın yaxınlarından Murad Papazyan bildirib.
Lola Uzunyan
Ron-Alpı dairəsindən olan deputat Xilda Çoboyan qeyd edib ki, Lola atasıyla birlikdə konsertdə olub. "Terrorçuların hücumu zamanı onlar bir-birini itirdilər. Atası xilas olmağı bacardı, qızı hələ ki axtarırlar", - Xilda Çoboyan qeyd edib.
Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 129 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub.
Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub.
“Bataklan” teatrı
Ən qanlı hadisə “Batalcan” incəsənət mərkəzində baş verib. Terorçular ətrafda olan bir neçə nəfəri qətlə yetirdikdən sonra konsert zalına daxil olublar və xeyli sayda insanı girov götürüblər. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı əməliyyat keçirilib, reyddən xəbər tutan intiharçı-terrorçular üzərlərində olan partlayıcı kəməri işə salaraq, 2 güclü partlayış törədiblər. Nəticədə, ən azı 100 nəfərin həlak olduğu bildirilir. Xüsusi təyinatlılar 3 terrorçunu zərərsizləşdiriblər. /anspress/