Əfqanıstanda güclü zəlzələ baş verib
10.04.2016 625 0
Bu gün saat 13:28 radələrində Tacikistan-Əfqanıstan sərhədində 6,2 maqnitudalı zəlzələ baş verib.
Məlumata görə, bu barədə TASS-a Tacikistan Elmlər Akademiyasının Geofizika Xidmətindən məlumat verilib.
Zəlzələnin ocağı Düşənbədən 300 km cənub-şərqdə, Əfqanıstan ərazisində yerləşir. Zəlzələ Özbəkistan, Pakistan və Hindistanda da hiss edilib. Dağıntı və tələfatlar barədə məlumat daxil olmayıb.
Bundan əvvəl Almaniyanın Yer Tədqiqatları Mərkəzi zəlzələnin gücünün 6,8 bal olduğunu açıqlayıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər