Əfqanıstan hökuməti «Taliban»la danışıqlara hazır olduğunu bəyan edib
26.01.2016 613 0.0 0

Əfqanıstan hakimiyyəti “Taliban”la sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çində səfərdə olan Əfqanıstan xarici işlər naziri Salahuddin Rəbbani deyib.
 
“Biz “Taliban” nümayəndələrini danışıqlara dəvət etmişik. Göründüyü kimi problemin hərbi yolla həlli mümkün deyil, yalnız sülh yolu ilə tənzimlənə bilər. Qonşu Pakistandan da sülh prosesinin dəstəklənəcəyi ilə bağlı təminat almışıq. Biz danışıqların dərhal bərpa edilməsini istəyirik”, - deyə S. Rabbani Çin xarici işlər naziri Van İ ilə keçirdiyi birgə brifinqdə deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar