Həbsdə olan jurnalist Əfqan Muxtarlının həbsxanada vəziyyəti pisləşib.
Qazeta.info xəbər verir ki, bu haqda jurnalistin vəkili Nemət Kərimli məlumat yayıb.
Məlumatada bildirilir ki, "Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Sentayabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir.
Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələrin bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar da dəbdən düşüb.
Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyin bərpası günü qeyd olunacaq.
Bu bayram münasibətilə Ə. Muxtatlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinı, uşaqlarına bayram töhvəsi olardı.
Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı."