Fövqaladə Hallar Nazirliyi əhaliyə müraciət etdi-VİDEO
27.12.2015 847 0.0 0

Hər birimiz üçün sevimli olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki,Fövqaladə Hallar Nazirliyi bildirir ki,  bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:

- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar