Fovler: «Mən məhv olmuş vəziyyətdəyəm»
22.06.2015 865 0.0 0
Azərbaycanlılar boks üzrə qüsursuz oyun nümayiş etdiriblər

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Bakı 2015 ilk Avropa Oyunlarında bugün baş tutmuş boks yarışlarında, böyük britaniyalı Antoni Fovler, orta çəki dərəcəsində (75kq) İtaliyalı yeniyetmə  Salvatore Kavallaroya şok məğlubiyyətindən sonra hakimlərdən narazı qalıb.

Birləşmiş Krallığın çempionu, birinci raundda 19 yaşlı rəqibinin xeyrinə qərar çıxarıldıqdan sonra, yaranmiş vəziyyəti "bərbad" adlandırıb. İki raundda qalib gəldiyini düşünən Fovler, məğlub olduğunu oyunun sonunda öyrənib və nəticədən olduqca heyrətə gəlib.

Deməyə sözüm yoxdur. Mən elə düşünürdüm ki, ilk iki raundda qələbə çalmışam. Sonuncu raundda isə rəqibim kənara qaçdığından, kimin qalib gəldiyi aydın deyildi. Mən bir neçə dəfə ona ağrılı zərbələr endirmişdim və düşünürdüm ki, o buna görə yan qaçır. Rəqibim mənim qüvvəmi hiss etmişdi və orada mənimlə üz-üzə qalmaq istəmirdi. Mən indi məhv olmuş vəziyyətdəyəm.-Antoni Fovler

Fovler, bu məğlubiyyətdən məyus olaraq həvəsdən düşdüyünü bildirsə də, bu uğursuzluğun, onun Sofiya 2015 Avropa Çempionatında iştirakına təsir etməyəcəyini deyib.

Orta çəki dərəcəsində mübarizə aparan irlandiyalı Mixail O'Reilli diqqət cəlb edən çıxışla yarışdan qalib ayrılıb. Belə ki, o, rəqibi Monteneqronu təmsil edən Emir Sabotiçə bütün raundlarda qalib gəlib.

Sözügedən idman növü üzrə Böyük Britaniya üçün yaxşı qalibiyyətlər olub. Coş Kelli, yarım-orta çəki dərəcəsində (69kq) qarşılaşmada, keçmiş Avropa Çempionu olmuş belarus Məhəmməd Nuridzinavanı ikinci və üçüncü raundlarda məğlub edərək dörddəbir finala yüksəlib. Onun növbəti rəqibi irlandiyalı Adam Nolan olacaq.

Bugün keçirilmiş boks yarışları Azərbaycan üçün də uğurlu keçib. Üç həmyerlimiz dörddəbir finala yüksəlib. Bu boksçular içərisində ağırçəkili idmançı Abdulqədir Abdullayev kifayət qədər güclüdür.

Abdullayev, birinci raundda macaristanlı Adam Hamorini nokauta salmaqda israrlı görünürdü, amma sonda yekdil qələbə ilə kifayətlənib.

Yarım-orta çəki dərəcəsi üzrə ikinci raundda yer almış 21 yaşlı Pərviz Bağırovla, moldovalı Vasili Belous arasındakı qarşılaşma, həmyerlimiz Bağırovun 3-0 xal hesabında qalibiyyəi ilə başa çatıb.

Bugün qadınlar arasında keçirilmiş boks yarışlarında yaxşı nəticə göstərən idmançılardan biri həmyerlimiz Yana Alekseyevna olub. O, 3-0 xal hesabı ilə finlandiyalı Mira Potkonen üzərində qalibiyyət əldə edib və yarımfinalda yüngül çəki dərəcəsində (57-60 kq) favorit olan Katya Teylora rəqib olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar