Xalq artisti Flora Kərimova səhhətində problem yaranıb. Sənətkar açıqlamasında, iki gün əvvəl bağ evinin həyətində yıxılılaraq qabırğasını əzdiyini bildirdi:
"Bağda gəzirdim, arxaya doğru addımlamaq istəyəndə ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək".
Bu, Flora xanımın ilk sınığı deyil. Canlı karifey bir neçə il əvvəl yıxılaraq onurğa sütununda büzdüm sümüyünü, başqa bir hadisədə isə qolunu sındırmışdı.
Allahdan Flora Kərimovaya tezliklə şəfa diləyirik./anspress/