İnək bizon balası doğa bilməz və doğum zamanı ölə bilər
Polşada bir inək 2017-ci ilin payızından vəhşi bizon sürüsünə qoşulub. Türkiyə mediasına istinadən xəbər verilir ki, noyabr ayında təqdiqatçı Adam Zbirit vəhşi bizon sürüsündə inək olduğunu görüb.
Bialoşieza meşəsi yaxınlığında bizon sürüsü görmək adi haldır. Amma aralarında rəngi fərqli olan bir heyvanın olması diqqətdən yayınmayıb: "Əvvəl bunun mutasiya olduğunu düşündüm. Daha sonra binokl ilə baxanda inək olduğunu gördüm".
Mütəxəssis bildirib ki, heyvan sürünün içində sağlam görünür.
Digər tədqiqatçı məsələyə münasibət bildirən Rafael Kosalcazk deyib ki, sürüdə bizonlar eyni hərəkət edir, amma inək onlardan geri qalır: "Amma bu sürü inəyi canavar hücumlarından qoruyub. Sürü inək üçün təhlükəli olmasa da, inəyin hərəkətinin zəif olması və sürünün ritmini pozması sürü üçün təhlükəlidir. Eyni zamanda inək buzovlarla cütləşərsə, bu da Bialosieza buzovlarının genlərinin dəyişməsinə səbəb ola bilər. Bunun özü inək üçün təhlükəlidir. Çünki bizon balaları inək balalarından böyük olur. İnək bizon balası doğa bilməz və doğum zamanı ölə bilər. Ona görə də, tez bir zamanda inəyin sürüdən ayrılması lazımdır"./Sputnik/