Filippində zəlzələ baş verib- ölənlərin sayı artır
11.02.2017 781 0.0 0

Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Butuan şəhərindən 96 km aralıda, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Baş verən zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.
 
Reuters agentliyinə istinadən verilən xəbərə görə, Mindanao adasında hotel və körpü dağılıb, bir çox yaşayış binası və tikililərə ziyan dəyib. 
 
İçməli su və elektrik enerjisinin verilişlərində problemlər yaranıb. Uçuş-enmə zolağında çatlar əmələ gəldyi üçün Suriqao şəhərinin hava limanı bağlanıb.
 
Ötən axşam Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Talisay şəhərindən 2 km cənub-qərbdə yerləşib.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar