“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılmışdır
Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla bildirir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda “Kursor” gəmisi kişi cəsədi aşkar etmişdir. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Topaz Leqenda” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılmışdır. Cəsədin üzərində olan xilasedici qeyimində “Azneft“ yazısı müəyyən edilmişdir.
Əlavə məlumat veriləcəkdir.