Feysbuk bir daha yeniliyə imza atdı.Feysbukun bu yeniliyi daha çox diqqətləri cəlb edəcəyi bildirilir.
İctimai paylaşma saytı Feysbuk, Ebola virusunun yayıldığı Qərbi Afrika ölkələrinə kömək məqsədiylə, istifadəçilərinin hesablarına yardım qutucuğu əlavə edəcək.Feysbukdan verilən açıqlamada virusun təsirli olduğu Liberiya, Qvineya və Sierra Leonedaki müxtəlif bölgələrə, telefon və internet xidmətlərini dəstəkləmək məqsədiylə 100 peyk rabitə şəbəkəsi qurulduğu bildirilib.
Qərbi Afrikada kütləvi yayılan virusla mübarizə üçün kömək etmək istəyən Feysbuk istifadəçilərinin, qarşıdakı həftələrdə hesablarında kömək blokunun olacağı haqda verilən açıqlamada Feysbukun qurucusu və rəhbəri Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chan, ABŞ-da Ebola epidemiyasıyla mübarizə üçün keçən tədbirlərin birində 25 milyon dollar yardım etdiyi bildirilib.
Xatırladaq ki,Dünya Sağlamlıq Təşkilatı (üST) , Ebola epidemiyasından ölənlərin sayının 4 min 922-yə yüksəldiyini açıqlayıb. ÜST, 23 Oktyabra qədər böyük qisimi Qərbi Afrikada qeydə alınan Liberiya, Qvineya və Sierra Leonede olmaq üzrə 10 min 141 Ebola daşıyıcısı təsbit edildiyi məlumatını vermişdi.