Daily Mail-in yazdığına görə, Şotlandiyada bir ana daun sindromlu uşağını paltar yuyan maşına qoyub cihazın qapağını bağlayıb şəkili çəkib.Çəkdiyi fotonu feysbukda paylaşan ana çox kəskin təqnqidlə üzləşərək polis basqınına məruz qalıb.Belə ki, xanımı tanıyanlar sosial şəbəkələrdə onun paylaşdığı fotonu gördükdən sonra uşağın anasından polisə şikayət etdikləri məlum olub.
Xəbərə görə şəkili paylaşan ana "uşaqda temizliyə ifrat meyilik var" deyə şəkilin altından zarafatyana açıqlama yazmasından sonra ana feysbukdakı dosları tərəfindən kəskin tənqidə məruz qalıb.
Daha sonra şəkilə kəskin reaksiya verən rəfiqələrdən biri 21 yaşlı Kortni Stüart polisə şikayət edib.
Evə basqın edən polisi görəndə təcüblənən gənc ana bunu zarafat üçün etdiyini bildirərək yoldaşlarını onu polisə sikayət etməsini qınayıb.
Polis basqınından sonra feysbuk profilindən sözügedən fotonu silən ana Dövlət Ailə Dəstək Təşkilat tərəfindən də yoxlamaya məruz qalıb. Təşkilat yoxlamalar zaman uşağı anasının əlindən almaq üçün lazımı qədər sübüt toplaya bilmədiyindən , bundan sonra Kortni Stüart xəstə uşağı nəzarətdə saxlayacaqları haqda xəbərdarlıq ediblər.