FETÖ təşkilatı ABŞ-dakı ən iri məktəbini satışa çıxarıb.
Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, 2012-ci ildə Nyu Yorkun Bruklin bölgəsində inşa edilən 7 min kvadrat metrlik “Amiti Skul”un satış qiyməti yazılmayıb.
Məktəbin internet səhifəsində verilən məlumata görə, 1999-cu ildə açılan məktəbdə hazırda 256 şagird təhsil alır. Burada təhsil haqqı isə illik 9900 dollardır.
Binanın satışa çıxarılmasının əsas səbəbi Türkiyədən əvvəlki kimi şagird axınının kəsilməsidir. Ayrıca, 15 iyul dövlət çevrilişinə cəhddən sonra təşkilatın maliyyə qaynaqlarının vurulması Güləni çətinə salıb.
Qeyd edək ki, türk əsilli məşhur basketbolçu Enes Kanter FETÖ-ya dəstəyini nümayiş etdirmək üçün sözügedən məktəbi ziyarət etmişdi.
ABŞ-da FETÖ-ya məxsus 140 məktəb fəaliyyət göstərir və hər il bu məktəblərə ştat büdcələrindən təxminən 500 milyon dollar vəsait ayrılır.