FETÖ-çülər məhkəmə qarşısına eyni libasda çıxacaq
04.08.2017 679 0
Türkiyə Ədliyyə Nazirliyinin qərarına əsasən ölkədə məhkəmələri davam edən Fəthulla Gülən təşkilatının ( FETÖ) üzvləri bundan sonra məhkəmə qarşısına eyni libasda çıxacaqlar. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir.Məlumatda qeyd olunur ki, libasın forması hələ təsdiq edilməsə də, rənginin açıq-qəhvəyi olması ehtimal edilir.
Keçən ilin sonunda ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oxşar açıqlama ilə çıxış etmişdi.
Qeyd edək ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə Fəthulla Gülənə (hazırda ABŞ-da yaşayan) bağlı bir qrup hərbçi dövlət çevrilişinə cəhd ediblər. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki minə yaxın adam yaralanıb./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər