FED uçot dərəcəsini dəyişmədi
01.02.2018 791 0.0 0

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) açıq bazarda əməliyyatlar üzrə Komitəsi bu gün baza faiz dərəcəsini 1,25-1,5% səviyyəsində saxlamaq barədə qərar qəbul edib.

Qazeta.info “Report” -a əsasən xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

"Komitə əmək və inflyasiya bazarında artıq mövcud olan və gözlənilən şərait fonunda FED-in məqsədli faiz intervalını 1,25-1,5% səviyyəsində saxlamaq qərarına gəlib. Monetar siyasət üzrə mövqe akkomondativ olaraq qalır ki, bu da əmək bazarında müsbət tendensiya və 2 faizlik inflyasiya səviyyəsinə sabit qayıdışı dəstəkləyir", - deyə məlumatda bildirilir.

Bununla belə, faiz dərəcəsi artıq FED-in yeni rəhbəri Cerom Pauellenin dövründə keçiriləcək növbəti iclasında qaldırıla bilər. 

FED daşınmaz əmlak bazarının iflasından sonra iqtisadiyyata dəstək vermək üçün 2008-ci ilin dekabrında faiz dərəcəsini 0-0,25%-ə qədər endirib. Göstərici bu səviyyədə 2015-ci ilin dekabrınadək qalıb və dərəcə 0,25-0,5%-ə qədər qaldırılıb. 2016-cı ilin noyabrında tənzimləyici faiz dərəcəsini 0,5-0,75%-ə qədər artırıb.

FED faiz dərəcəsini 2017-ci ilin martında 0,5–0,75%-dən 0,75–1%-dək, iyunda 1–1,25%-dək artırıb. Ardınca iyul, sentyabr və noyabr aylarında baza faiz dərəcəsi bu səviyyədə saxlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar