FED uçot dərəcəsini artırıb
22.03.2018 863 0.0 0

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,5- 1,75%-dək  artırıb.

 

Qeyd edək ki, bundan əvvəl FED  dekabrın 13-də uçot dərəcəsini artırıb. O zaman FED uçot dərəcəsini 0,25%  - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar