FED-in qərarından sonra dollar bahalaşmağa başlayıb
01.02.2018 1179 0.0 0

Dolların məzənnəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini cari səviyyədə saxlamaq barədə qərarından sonra artmağa başlayıb.

Bildirək ki, bu, hərracların nəticələrində məlum olub.

Bakı vaxtı ilə 23.37-yə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi əvvəlki 1,2403 dollar səviyyəsindən 1,2400 dollara düşüb.

Dolların Yaponiya yenasına qarşı məzənnəsi əvvəlki 108,78 səviyyəsindən 109,29 yenaya qədər artıb. Dolların indeksi (Dolların ABŞ-ın əsas tərəfdaşı olan altı ölkənin valyuta səbətinə qarşı olan məzənnəsi) 0,04% artaraq 89,2 bəndə çatıb.

FED yanvar iclasının yekununda baza faiz dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar