FED-in qərarı nefti ucuzlaşdırır
15.12.2016 787 0.0 0

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdikdən sonra dünya bazarında neftin qiymətində azalma müşahidə olunur.

 

Bildirək ki, müvafiq qərar qəbul olunduqdan dərhal sonra həm WTI, həm də Brent markalı neft ucuzlaşsa da, sonuncu bir cüzi stabilləşə bilib.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,06 dollar azalaraq 50,98 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 0,07 artaraq 53,97 dollar olub.

 

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

 

Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

 

Azərbaycan neftinin qiymətində azalma müşahidə olunur.

 

Bildirək ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,5 dollar və ya 0,88% azalaraq 56,17 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar