FED-də fikir ayrılığı: Fazilər artırılacaqmı?
15.07.2016 544 0.0 0

FED-in faiz siyasəti qurum üzvlərinin ən çox müzakirə mövzusudur.
 
Qazeta.info Publika.az-ın məlumatına əsasən xəbər verir ki, faizlərin artırılması ilə bağlı müzakirələrdə FED üzvüləri demək olar ki, ikiyə bölünüblər. Bəziləri cari ildə faiz artımını labüd hesab edir, bəziləri isə faiz artımının olmayacağını bildirirlər.
 
FED-in Kanzas Siti sədri Ester Corc faizlərin çox aşağı olduğunu və mərhələli şəkildə artırılmasının vacibliyini irəli sürüb. Qeyd edib ki, uzun müddət faizlərin aşağı səviyyədə qalması riskə səbəb olacaq. Corc eyni zamanda faiz dərəcələrinin sürətlə artırılmasının iqtisadiyyatı yavaşladacağını da bildirib: “Bununla belə faizləri uzun müddət aşağı saxlamaq da risklidir. Faizlər uzun müddət aşağı qalarsa iqtisadi qeyri-müəyyənlik artacaq, məşğulluq azalacaq”.
 
FED-in Filadelfiya üzrə rəhbəri Patrik Harker 2016-ci ildə iki dəfə faiz artımına ehtiyac ola biləcəyini bəyan edib. Harker ABŞ iqtisadiyyatının “Brexit”dən  (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) çox ziyan görməyəcəyini, ilin sonuna qədər iki faiz artımına gedəcəyini söyləyib: "İnflyasiyanın gələn il hədəfə yüksələcəyinə inanıram. Bu il iki dəfə faiz artımı məqsədəuyğundur. Faizlər 2018-in sonunda 3%-ə yaxınlaşacaq”.
 
FED faiz artımına getmək üçün, əmək bazarının yaxşılaşmasını və inflyasiyanın 2 faiz hədəfinə doğru yüksəlməsini gözləyir. Ancaq ABŞ xaricində baş verən hadisələr bazarlardakı volatilliyi artırıb. Eləcə də FED-in əl-qolunu bağlayıb.
 
“Brexit”in qeyri-müəyyənlik yaratdığına diqqət çəkən Harker bu qərarın çox əhəmiyyətli olmadığına işarə verib. Harker iqtisadi artımın 2016-ci ildə 2 faiz, 2017-2018-ci ildə 2.3 faiz olacağını bəyan edib.
 
FED-in St.Luis rəhbəri Ceyms Bullard isə faizləri artırmaq üçün tələsmədiklərini irəli sürüb: “Brexit”in ABŞ üzərində böyük təsiri olacağını düşünmürəm”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar