Fazil Məmmədov I vitse-prezidenti işdən çıxardı
24.10.2017 1396 0
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb. AGF-dən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib.
Qeyd edək ki, Ələkbərov Azərbaycan Velosiped Federasiyasında da eyni postu tutur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər