Fatimə Əlkərəmova: Sevinirəm ki, oyunların ən azyaşlı medalçısıyam
18.05.2017 765 0
Bu yarışlarda qızıl medal qazana bilməsəm də, medalsız qalmadığıma sevinirəm.
Məlumata görə, bunu Bakıda keçirilən "Zəfər günləri" çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanan üzgüçü Fatimə Əlkərəmova deyib.
O, bildirib ki, hədəfi qızıl medal qazanmaq olub: "Çox istəyərdim ki, qızıl medal qazanım. Buna şansım da var idi. Heyif ki, gücüm axıra qədər çatmadı. Amma, hələ gəncəm. 14 yaşımda bürünc medal qazandımsa, gələcəkdə məqsədim qızıl medallar qazanmaq olacaq. Sevinirəm ki, oyunların ən azyaşlı medalçısıyam".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər