Falçını öldürən şəxs tutuldu
31.03.2015 771 0
Bakıda 17 gün öncə baş verən qətl hadisəsinin üstü açılıb.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.
Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.
Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər