Xüsisi təbliğatla Zirəddin Rzayev məhşurlaşdırıldı və Moskvada yerləşərək əlçatmaz şəxsə çevrildi.
Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məlum olayların təsiri bu qurum ləğv olunduqdan sonra da davam etməkdədir.
Son aylarda ölkə gündəmini zəbt edən “MTN işi” məsələsinin yeni təfərrüatları ortaya çıxmaqda davam edir. Dövlətin bir çox qurumlarına uzanan bu mütəşəkkil dəstənin üzvlərinin bir hissəsi zərərsizləşdirilsə də, dövlətə və xalqa külli miqdarda ziyan vuran Mahmudovçu-Çovdarovçu dəstə ilə birlikdə çalışan onlarla, bəlkə də yüzlərlə şəxslər hələki rahatlıqla əvvəlki işlərini davam etdirməkdədirlər. Din.az 24saat-a istinadən xəbər verir ki, saytın əldə etdiyi məlumatda MTN polkovniki İlqar Əliyev məşhur falçı Zirəddin Rzayevi tanıtdıran və qabağa çəkən şəxs olub.
Baş verənlərlə bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, MTN polkovniki ilə fırıldaqçı ektrasensin “paslaşması” nəticəsində böyük əməliyyatlar qurulub və pullar qazanılıb. Proses isə belə hazırlanıb: “Xüsisi təbliğatla Zirəddin Rzayev məhşurlaşdırıldı və Moskvada yerləşərək əlçatmaz şəxsə çevrildi. Telekanallarda və mediada qlobal məsələlərlə bağlı proqnozlar verən Zirəddinin əsl fəaliyyəti sadə falçılıq idi.
Bu falçının isə müştəriləri xüsusi şəxslər olub. Demək Bakıda böyük imkanlara malik şəxslər şəxsi və ya iş həyatında problemlər yarandıqda Zirəddinin qəbuluna düşməyə can atır. Bu istək ortaya çıxan kimi Z.Rzayev əlçatmaza çevrilir və istənilən jurnalistin asanlıqla tapıb müsahibə götürdüyü ektrasens yeni müştəri üçün çətin ünvana dönür. Bu müddət ərzində isə Bakıya MTN polkovniki İlqar Əliyevə yeni müştərinin adı və telefon nömrəsi ötürülür. Qısa müddətdə həmin iş adamının müfəssəl dosyesi Moskvaya, daha doğrusu ektrasens Zirəddin Rzayevə göndərilir. Beləcə Zirəddin Rzayevə yalnız bu məlumatları xüsusi bər-bəzəklə təqdim etmək qalır.
Vədə tamamında ekstrasensin qəbulunda olan iş adamına bütün problemlərini ən incə məqamına qədər deyən Zirəddin bununla təkcə “ovunu” özünə inandırmır, həm də gələcək üçün daha çox “qurbanı” qaranti etmiş olur. Hər şeyin bu qəqər dəqiq və ətraflı deyilməsindən şoka düşən müştəri “istedadlı ektrasens”dən kömək diləyir. Bundan sonra isə dövriyyəyə Bakıdakı halqa, yəni İlqar Əliyev girir. Z.Rzayevin tövsiyyəsi ilə ödənilən pul müqabilində gizli əl, yəni MTN polkovniki işə qarışır. İşləri düyünə düşən biznesmenin bir anda bütün problemləri həll olunur.
Mənbənin verdiyi məlumata görə ektrasenslə polkovnikin bu ittifaqının hər bir əməliyyatından əldə edilən gəlir kifayət qədər böyük məbləğlərlə ölçülürmüş./azxeber.com/