«Facebook» yaradıcısının hesabları sındırılıb
06.06.2016 599 0.0 0

 "Ourmine" adlanan qrupun hakerləri "Facebook" sosial şəbəkəsinin yaradıcısı olan Mark Zukerberqin bir neçə sosial şəbəkədə olan hesablarını sındırıb.

 

Məlumata görə, bu barədə haker qrupunun "Twitter" səhifəsində yazılıb.

 

Bildirilir ki, M.Zukerberqin "Instagram", "Twitter", "LinkedIn" və "Pinterest" şəbəkələrindəki hesabları sındırılıb.

 

Hakerlər qeyd edib ki, hücumun məqsədi M. Sukerberqin təhlükəsizlik sisteminin səviyyəsinin yoxlanılması olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar