«Facebook» səhifəniz oğurlanıbsa, bunları etməlisiniz - FOTO
03.01.2016 795 0
Əgər bir gün səhər oyandığınızda idarəçisi olduğunu səhifənizin oğurlandığını görsəniz, əmin olun ki, nə zamansa hardasa səhvə yol vermisiniz. Son zamanlar “facebook” səhifələrinin oğurlanması sosial şəbəkələrdə əsas mövzulardan biridir. Əgər idarə etdiyiniz səhifə oğurlanıb və bütün idarəedicilər səhifədən çıxarılıbsa, o zaman bunları bilməyiniz vacibdir.
1. İlk olaraq bu adresə (disabled@facebook.com) probleminizin tam izah edildiyi bir mətn göndərməlisiniz
2. Facebook profilinizin və e-mail adresinizin parollarını dəyişdirməlisiniz.
3. Üçüncü addımda sizin profili oğurlayan şəxsin hansı ərazidən bunu etdiyini müəyyənləşdirmək olar. Bunun üçün tənzimləmələr bölümünə daxil olaraq, “güvənlik” düyməsini seçib, “Giriş etdiyin yerlər”ə tıklayırsınız. Bu zaman profilinizi kimin ələ keçirdiyini tapmasanız da, həmin şəxsin sizin profilə hansı ərazidən girdiyini müəyyənləşdirə bilərsiniz. Bu bölümdə profilinizə giriş edən şəxsin İP adresini, hansı cihazdan, nə zaman girdiyini də müəyyənləşdirə bilərsiniz.
4. Növbəti addımda aşağıdakı linkə daxil olursunuz:
https://www.facebook.com/help/contact/164405897002583?__mref=message ünvanından yaranmış problemi ətraflı bir formada “Facebook”-a çatdıra bilərsiniz. Sosial şəbəkə tərəfindən verilən cavab ən uzağı bir həftəyə gələ bilər.
5. Beşinci addımda siz “Tənzimləmələr” bölümünə daxil olaraq “Tətbiqetmələri” (uygulamalar) seçirsiniz. Quraşdırılmış bütün tətbiqetmələri silirsiniz. Səhifənizin oğurlanması birbaşa bununla bağlı ola bilər. Səhifə oğruları iderəedicinin (adminin) profilini oğrulamaq üçün bir neçə üsuldan istifadə edirlər. Onlar sizə dostluq təklifi göndərərək sizinlə bir müddət söhbət edirlər. Sizin güvəninizi qazandıqdan sonra isə sizə mənşəyi bilinməyən linklər göndərirlər və ya bu linkləri öz profillərində paylaşırlar. Siz həmin linklərə tıklandığınız anda e-mail adresiniz və parolunuz ələ keçirilir. Bu səbəbdən şübhəli linklərə tıklamamağınız məsləhətdir. Bundan əlavə dostluğunuza qəbul etdiyiniz şəxslərdən də ehtiyatlı olmalısınız.
6. 6-cı addımda “Facebook”-la yenidən əlaqə quraraq aşağıdakı linkdən
https://www.facebook.com/help/contact/167646843343666?__mref=message bir daha probleminizi ətraflı yazaraq göndərirsiniz.
Bu proseslərdən keçdikdən sonra “Facebook” tərəfindən sizə cavab verilməsini gözləyirsiniz. Əgər müraciəti düzgün formada etmisinizsə, sizin Facebook səhifəniz sizin özünüzə geri qaytarılacaq. Sizə aid səhifə oğurlanıbsa, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edə bilərsiniz. Çünki səhifənizi oğurlayan şəxs kibercinayətkarlıqla məşğuldur və qanunla məsuliyyət daşıyır. Əgər səhifənizi geri ala bilsəniz, aşağıdakı qaydalara əməl edərək bu problemin bir daha yaşanmamasına kəməklik edə bilərsiniz:
1. Facebook profilinizin və e-mail adresinizin şifrəsini dəyişdirirsiniz.
2. Tənzimləmələr bölümündə “Güvənlik” düyməsini seçərək, “giriş alarmı”-nı aktivləşdirirsiniz. Bu zaman başqa biri sizin profilinizə girmək istəsə, sizin e-mail adresinizə və Facebook hesabınıza bildiriş gələcək.
3. “Güvənlik” bölümündən “Giriş onayları”-nı (Login Approvals) aktivləşdirirsiniz. Bu zaman tanınmayan bir brauzerdən hesabınıza kimsə daxil olmaq istəsə, sizin telefonunuza doğrulama kodu göndəriləcək. Bu kod olmadan heç kim sizin hesabınıza girə bilməz. Hesabınızı oğurlamaq istəyən şəxsin yeganə çıxış yolu sizin telefon nömrənizə göndərilmiş doğrulama kodunu öyrənməkdir.
4. Növbəti addımda özəl məlumatlarınızı tənzimləməlisiniz. Belə ki, e-mail adresiniz və telefon nömrənizin görünməsini hamı üçün “Bağlı” etməlisiniz.
5. Şübhələndiyiniz şəxsləri əngəlləməlisiniz.
6. Dost siyahınıza nəzarət edərək tanımadığınız insanları dostluğunuzdan silməlisiniz.
7. Şübhəli linklərə tıklamamağınız məsləhətdir
Bunları etdiyiniz təqdirdə sizin hesabınızın və səhifənizin oğurlanması qeyri-mümkündür./bizimyol.info/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər