Facebook-da yayılmış yeni təhlükə
07.10.2016 682 0
Belə ki, siz bu virusu e-mail vasitəsilə və ya bildiriş şəklində ala bilərsiniz. İlk baxışda Facebook yenilənməsinə oxşayan məktub sizin şəxsi məlumatlarınızı ələ keçirmək üçün qurulmuş tələdir.
Qazeta.info Technote.az-a istinadla bildirir ki, şəkildən də göründüyü kimi burda sizdən e-mail adresiniz və ya telefon nömrəniz, həmçinin şifrə və doğum tarixiniz haqda məlumatı daxil etməyiniz xahiş olunur. Bununla sizin şəxsi məlumatlarınızın daha təhlükəsiz hala gətirilməsi haqda məlumat verilir. Siz məlumatı daxil etdiyiniz halda hesabınız virusla yoluxacaq.
Mümkün qədər bilmədiyiniz mənbədən və ya şübhə yaradan mesajlardan uzaq durun və öz şəxsi məlumatlarınızı əmin olmadığınız qaynaqlarda paylaşmayın.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər