Azərbaycanda referenduma etiraz adı ilə bir yerə toplaşanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının çətiri altına toplaşanlar idi.
Bunu açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.
O qeyd edib ki, bu toplantını mitinq adlandırmaq olmaz: "Mən internet vasitəsilə izlədim. Aydın görünürdü ki, onların çağırışlarına heç kim gəlməmişdi, toplantıları da çox sönük idi. Orada çıxış edənlər cəmiyyətdə heç bir nüfuz sahibi deyillər. Çıxışları isə arqumentli deyildi. Əsası olmayan, arqumentlərə söykənməyən fikirlər səsləndirirdilər. Hətta onların çıxışlarını, fikirlərini həmin toplantıda iştirak edən tərəfdarları belə alqışlamırdılar. Mitinq sönük keçməklə bərabər, geniş auditoriyanı da əhatə etmirdi. Mitinqin keçirildiyi yer o qədər də böyük ərazini əhatə etmir. Buna baxmayaraq stadion xeyli boş idi".
F.Ağamalı bildirib ki, müxalifətin keçirmək istədiyi həmin mitinq Azərbaycan xalqının istəyindən doğan sosial sifariş deyil: "Ona görə də xalq onların çağırışlarına reaksiya vermir, mitinqə də gəlmir"./trend/