Fətullah Gülənin erməni olması haqda faktlar üzə çıxarılıb
14.01.2016 946 0.0 0

Türkiyədə “paralel quruluş”un rəhbəri olan və Ərdoğanin birinci düşməni hesab edilən Fətullah Gülənin milliyyəti məsələsi yenidən gündəmə gəlib.  

Qazeta.info Cebhe.info-ya istinadla  xəbər verir ki, bu dəfə məsələni erməni mətbuatı gündəmə gətirib və Fətullah Gülənin milliyyətcə erməni olmasını iddia edib. Güləni “planetin ən mühüm və hörmətli müsəlman xadimlərindən biri” hesab edən erməni mətbuatının yazdığına görə, onun erməni mənşəyi barədə məlumatlar hələ bir neçə il əvvəl Türk Tarix Qurumunun keçmiş direktoru Yusif Həllacoğlu tərəfindən irəli sürülüb. Daha sonra jurnalist Murad Alpərən mövzunu davam etdirib. Onların yazdığına görə, Gülənin babası zamanında Ərzurumda türklərlə döyüşən erməni olub.  1999-cu ildə “Star” qəzeti türk polisinin rəhbəri Cövdət Saralın dili ilə Gülənin milliyyətinin türk olmasını şübhə altına alıb. 2013-cü il 5 iyulda Turkishnews.com Gülən haqqında məlumat dərc edib. Məlumata görə, Gülənin babası 1915-ci ildə İbrahim adlı bəyin yanında işləyib, digər ermənilər kimi bəyə qarşı mübarizəyə başlayıb. Bəy həmin erməniləri sərt cəzalandırıb və sağ qalan ancaq Gülənin atası olub.Həmin şəxs 18-19 yaşlarında İspartaya gedib (ermənilər bu ərazini Sper adlandırır).Orda türk adı götürüb, evlənib və milliyyətini gizlədib. Hətta ətrafdakıları özünə inandırmaq üçün türklərlə döyüşən ermənləri qınayıb. Ancaq yeni dünyaya gələn oğlu Fətullahla bağlı “Onu elə böyüdürəm ki, tükləri elə öz dinləri ilə vuracaq” dediyi iddia olunur. Gülənin babasını isə Van gölü ətrafındakı yaşayış məntəqəsindən Ərzuruma gəldiyi söylənilir.  Gülənin gəlini Elif Şəfəqin anasının da erməni olduğu bildirilir. Ancaq maraqlı məqamlardan biri Fətullah Gülənin miliyyəti ilə bağlı məsələnin  Ermənistan mətbuatında yenidən zöünə yer qazanması və ın ilginc Gülən sevgisinin təzahür etməsidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar