Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığından sonra FETÖ lideri Fətullah Gülənin qaytarılması üçün işlər yenidən başlayıb.
Qazeta.info FaktXəbər-in məlumatına əsasən bildirir ki, Gülənin həbs olunması və ekstradisiyasını istəyən Türkiyəyə ABŞ orqanlarından avqust ayından bəri xəbər verilməmişdi. Trampın seçilməsindən sonra ekstradisiya prosesi üçün yeni cəhdlər göstərilir. MKİ rəhbəri Mayk Pompeonun Ankara səfərində Gülənin ekstradisiya prosesi müzakirə olunub və məlumatlar Trampa çatdırılıb.
ABŞ prezidenti Donald Trampın türk müşaviri Sal Sayğın Şimşek ekstradisiya prosesi haqqında danışıb. Yıldırım, "Gülən artıq Amerikanın himayəsində deyil. Donald Trampın prezident seçilməsindən sonra Gülən üzərindəki mühafizə qalxanı ləğv olunub", - deyə bildirb.