Fətullah Gülən Ərdoğana yenə qarğış tökdü
10.11.2015 643 0.0 0

Türkiyədəki “Hizmet” hərəkatının ABŞ-da yaşayan lideri Fətullah Gülən “FETÖ” (Fətullahçı Terror Örgütü – Təşkilatı) iddianaməsinə kəskin reaksiya göstərdi. Məlumata görə, Gülən moizə oxuyarkən onun hərəkatı barədə terror təşkilatı, paralel quruluş deyənlərə qarğış töküb. 

“Bütün terror təşkilatlarının Allah bəlasını versin! “Pakraduni” terror təşkilatının Allah bəlasını versin! “Pers” terror təşkilatının Allah bəlasını versin! Terror təşkilatı olmayana, terror təşkilatı deyənin Allah bəlasını versin! Paralel olmayana paralel deyənin Allah bəlasını versin! Umduqlarının əksi ilə onları şillələsin, yerlə bir etsin, xəzan yarpaqları kimi uçursun, gübrələr kimi torpağa qarışdırsın, gübrə etsin hamısını, vəssalam!” – deyə Gülən qarğışında vurğulayıb. 

Fətullah Gülən qrupu ilə Rəcəb Tayyib Ərdoğan rəhbərliyindəki AKP hakimiyyəti arasında bir neçə il əvvəl gərginlik başlayıb. Buna, hökumətin ali məktəblərə hazırlıq kurslarını bağlamaq barədə qanun layihəsi hazırlaması səbəb olmuşdu. Gülən qrupu əsas gəlir mənbəyi olan hazırlıq kurslarının bağlanması barədə layihənin müzakirəyə çıxarılmasına qarşı idi. 

2013-cü il dekabrın 17-də bəzi dövlət məmurlarına qarşı keçirilən “rüşvət və korrupsiya əməliyyatı” isə tərəflər arasındakı gərginliyi pik həddə çatdırdı. Baş nazir və daxili işlər nazirinin xəbəri olmadan aparılan bu əməliyyatdan sonra hökumətin tərkibində, polis təşkilatında, xüsusi xidmət orqanlarında və s. dövlət qurumlarında Gülən qrupundan insanların olduğu və paralel hökumət kimi fəaliyyət göstərdikləri iddia olundu. 

Bundan sonra, dekabrın 22-də Fətullah Gülənin qarğış tökdüyünü əks etdirən video-çarx yayılmışdı. Gülənin bu hərəkəti nəinki Türkiyədə, hətta dünyada da tənqid olunmuşdu. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu müxtəlif çıxışları zamanı dəfələrlə “paralel hökumət”ə qarşı mübarizənin davam edəcəyini bəyan ediblər. Hazırda Türkiyədə “paralel hökumət”ə qarşı intensiv əməliyyatlar keçirilir. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar