Ədliyyə naziri Bəkir Bozdağ Ədalət və İnkişaf Partiyasının TBMM Qrup Yığıncağı öncəsi jurnalistlərin "xəstə məhbuslar problemi" ilə əlaqədar sualını cavabladırarkən Fətullah Gülənin də Türkiyəyəqaytarılması məsələsinə toxunulub
Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar ilaraq Ədliyyə naziri Bəkir Bozdağ: "Fəthullah Gülənin qaytarılması” ilə bağlı suala cavab verərkən qeyd edib ki, “ Sülh Cəza Məhkəməsi qərar verib, o qərarın Ədliyyə Nazirliyinə çatdırılması lazımdır, hələ qərar bizə çatdırılmayıb. Bizə gəldiyində qanun nəyi lazım bilirsə onu edəcəyik" deyə bildirib.
"Niyyətiniz Xarici İşləri Nazirliyi üzərindənmi göndərməkdir, yoxsa birbaşa Ədliyyə Nazirliyi üzərindənmi göndərmək?" sualına Bozdağ, "Bunların qaydası və qanuni proseduru var, bizim seçmə haqqımız yoxdur, o qayda və qanuni prosedura tabe olacağıq. Beynəlxalq miqyasda, bu cür qırmızı bülleten axtarışlarına bağlı bir sistem var. Onun da bir proseduru var. Biz Türkiyə olaraq bu razılaşmalara tərəfdar olduğumuz üçün prosedura uyğun əməliyyat etmək məcburiyyətindəyik " deyə bildirib.
Bozdağ Qırmızı bülleten üçün Parisə gedilərək oradakı mərkəz vasitəsi ilə açıldığını və Fransadan lazımı ölkəyə göndərildiyini bildirib. Qırmızı bülleten rədd olunması məsələsinə də aydınlıq gətirən nazir ,”tələb olunan şəxsin o ölkədən başqa bir yerə getdiyi zaman geri çevrilə bilər. Du baxımadan da nazir Fətullah Gülənin Türkiyəyə təhvil verilməsində qırmızı bülletendən də başqa qanuni yollarla tələb olunacağını bildirib.