Fəttah Heydərov: Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir
22.02.2017 857 0
"Mehriban xanımın ölkənin birinci vitse-prezidenti olması xalqımızın ürəyindən olan təyinatdır".
Məlumata görə, bunu Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.
F. Heydərov bildirib ki, Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycanın mədəniyyətini, uğurlarını bütün dünyaya çatdırıb.
"Mehriban xanım Azərbaycanın məruz qaldığı təcavüzün qarşısının alınması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün də səylərini heç zaman əsirgəməyib", - deyə F. Heydərov qeyd edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər