Eyfel qülləsi bağlandı - SƏBƏB Tramp
13.07.2017 652 0
Parisin Eyfel qülləsi bu həftənin şənbə gününə qədər ziyarətçiləri qəbul etməyəcək. Məlumata görə, qüllənin müdiriyyəti bu qərarın ABŞ prezidenti Donald Trampın Fransaya işgüzar səfəri ilə bağlı olduğunu bildirib.
Belə ki, iyulun 13-14-də Eyfel qülləsi işləməyəcək, iyulun 15-də saat 9:00-dan qapılarını ziyarətçilərin üzünə açacaq.
Daha öncə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı ilə Tramp və xanımını bu qüllədə yerləşən restoranda qəbul edəcəkləri bildirilmişdi.
Qeyd edək ki, Tramp və xanımı iyulun 13-də Parisə iki günlük səfər gəliblər./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər