Evo Morales İnterpolun onu axtardığını bildirib
28.11.2019 505 0
Boliviyanın keçmiş prezidenti Evo Morales Meksikada keçirdiyi mətbuat konfransında İnterpolun onu axtardığını bildirib.
Bu barədə Qazeta.info "Report"-a istinadən xəbər verir.
Sabiq dövlət başçısının sözlərinə görə, İnterpol törədilməyən cinayətlərdəki ittihamlara əsasən onun olduğu yeri müəyyənləşdirir.
"İnterpol Cənubi Amerikada məni törədilməyən cinayətlərə görə axtarır", - deyə Morales Mexikodakı mətbuat konfransında deyib.
Sabiq prezidentin sözlərinə görə, İnterpol həmçinin keçmiş vitse-prezident Alvaro Qarsii Liner barəsində də axtarış elan edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər