Evlərin qiyməti kəskin dəyişir (VİDEO)
09.04.2015 1453 0.0 0

Daşınmaz əmlakın qiymətləndirilməsində yeniliyin tətbiqinə başlanılıb.

ANS TV-nin məlumatına görə, bundan sonra daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi mümkün olacaq. Bu Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin icrası çərçivəsində reallaşdırılır. Bu sahədə beynəlxalq təcrübə və standartlar öyrənilib, ekspertlər cəlb edilib. Layihənin reallaşması nəticəsində ölkədə daşınmaz əmlakın daha dəqiq qiymətləndirilməsi mümkün olacaq. Yeni üsulların tətbiqi vətəndaşların işinin asanlaşdırılmasına kömək edəcək.

ƏMDK-nin sədr müavini Rafiq Cəlilov deyir ki, bu zaman tam obyektiv olaraq insan amili kənarlaşdırılır və qiymətləndirmə kompüter vasitəsilə aparılır. Qiymətləndirmə əmlakın yerləşdiyi yerə görə, yola yaxınlığı, mərtəbəsinə uyğun və kommunikasıya ilə necə təmin olunmasından asılı olacaq.

Layihə ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib və 80 min daşınmaz əmlak qiymətləndirilib. Bu məqsədlə daşınmaz əmlakların bazar məlumatlarını özündə əks etdirən Bazar Məlumatları Reyestri sistemi qurulub. Eyni zamanda daşınmaz əmlak bazarına dair İctimai Portal yaradılıb. Bu sistemlər dünyada daşınmaz əmlakın qiymətləndiriməsi sahəsində ən yaxşı sistemlərdən biri hesab edilir.

Bu ilin iyun-sentyabr aylarında isə layihənin Quba və Xaçmaz rayonlarında həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətində hazırlıq işləri aparılır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar